Bakıda yaşayış binasında yanğın olub

7 İyun 2020 07:38

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin dəhlizində taxta arakəsmə 1 m² sahədə və elektrik naqili 1 p.m yanıb.

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən söndürülüb.

Milli.Az