Cəlilabadda ev yanıb

6 İyun 2020 23:24

Cəlilabad rayonunda ev yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Boyxanlı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 54 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az