Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb - FOTO

6 İyun 2020 22:21

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35846 şübhəli koronavirus testindən keçib, onlardan 878-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4669 nəfər ölüb, 169218 nəfər bu infeksiyaya yoluxub, 135322 nəfəri isə müalicə olunub.

Bu gün 1922 xəstə evə buraxılıb.

Milli.Az