Sumqayıtda bıçaqlanan iki qardaşdan biri ölüb - YENİLƏNİB

6 İyun 2020 22:22

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

21:46

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib.

İki nəfər arasında düşən mübahisə zamanı bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az