ÜST maska istifadəsi ilə bağlı yeni təlimatlar açıqladı - VİDEO

6 İyun 2020 19:56

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni təlimatlara görə, infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib.

Vətəndaşlarımızı bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırırıq.

Milli.Az