Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

6 İyun 2020 19:44

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az