Süni göldə 1 nəfər batdı

6 İyun 2020 18:22

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kürdəmir rayonunun Sovla kəndində süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az