“Tarqovı” karantində - FOTO

6 İyun 2020 16:32

6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərt karantin rejimində paytaxtın "Tarqovı" adlanan ərazisi - Nizami küçəsində fəaliyyət tamamilə dayanıb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi bu həftəsonu üçün sərtləşdirilib, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda tam qapanma elan olunub.

Milli.Az