Şərq - incə işdir: sultanın hərəmxanasına can atan qızlar

7 İyun 2020 11:00

Hərəmxana çox adamda qapalı, hündür divarlar arxasında öz sultanını hər cür əzizləmək məcburiyyətində olan bədbəxt əsir qadınlarla assosiasiya olunur. Əlbəttə, orada iyerarxiya, ədavət və intriqaların olduğunu inkar etmək olmaz. Lakin demək olar ki, bütün dövrlərdə sərbəst qızlar hərəmxanaya düşmək arzusunda idilər.

Milli.Az Şərqin incə tərəfi - hərəmxanalardakı həyat haqda qısa arayışı oxuculara təqdim edir.

Qəribədir, amma əvvəllər hərəmxanalar şərq knyazlarının qızları hesabına dolurdu. Onlar özləri qızlarını satırdılar ki, bəlkə onlardan biri sultanın seçilmiş qadını ola bildi. Üstəlik, valideynlər qızlarından imtina ilə bağlı kağız imzalayırdılar. Kənizlərə etiket qaydaları, rəqslər, musiqi, kişiyə zövq vermək qaydaları öyrədilirdi. Qızlar bir qədər böyüyəndən sonra onları böyük vəzirə göstərirdilər. Yalnız ən yaxşıları sultanın otağına gedə bilərdi.

Hərəmxanada olan qızlar müəyyən maaş və bayramlarda hədiyyələr alırdılar. Qaydalara görə, əgər kəniz qadın hərəmxanada olduğu 9 il müddətində sultanın qadını ola bilmirdisə, o zaman ona azadlıq verilirdi, həm də əvvəlcədən həmin qadına layiqli ər tapırdılar.

Əgər sultan hər hansı kənizi onunla gecə keçirmək üçün seçərdisə, o, qadına hədiyyə göndərirdi. Seçilmiş qadın öncə hamama göndərilər, ona azad paltar geyindirilər, sonra isə sultanın otağına təhvil verərdilər. Hökmdar yatağa uzanandan sonra, kəniz iməkləyərək onun çarpayısına yaxınlaşmalı və gözlərini qaldırmadan yanında uzanmalı idi. Əgər qadın sultanın xoşuna gələrdisə, o, hökmdarın favoritinə çevrilirdi və aşağı otaqlardan üst otaqlara köçürdü.

Əgər məşuqə hamilə qalardısa, o zaman o, "xoşbəxt"lik mərtəbəsinə yüksəlmiş olurdu. Hərəmxanada ona ayrılan ayrıca otaq onun daha bir üstünlüyə malik olmasının göstəricisi idi. Bundan əlavə, onlara 15 adda yemək təqdim olunurdu.

Əgər favorit sultanın arvadı olardısa, ona evlilik haqqında şəhadətnamə göndərilir, yeni parçalar, qızıl-zinət əşyaları ilə bəzəyərdilər. Hökmdarın xanımı, hansı ki, bir neçə uşağı var idi, onlar haseki adlanırdılar. İlk dəfə bu sözü sultan Süleyman gözəl həyat yoldaşı Hürrəm (Roksalana) üçün deyib. Hürrəm ilk haseki sultan olur.

Hərəmxanada məşuqələrin və arvadların sultanı ziyarət etmələri üçün hətta cədvəllər qurulmuşdu. Həftənin cümə günündən şənbə gününə keçən gecə hökmdar öz həyat yoldaşlarından birini qəbul etməli idi. Əgər hansısa xanım ardıcıl olaraq 3 cümə günü sultanın otağına dəvət olunmurdusa, o zaman qadının, hakimə şikayət etmək hüququ var idi.

Zaur Həsənəliyev
Milli.Az