Bakıda küçə və yollarda son vəziyyət - FOTO

6 İyun 2020 15:00

6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra qaydaları pozaraq həftəsonu evdən çıxanlar cərimə oluna və yaxud həbs edilə bilərlər.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir.

Trend-in məlumatına görə, hazırda küçələrdə insanların hərəkəti nəzər çarpmır, yollarda isə nadir hallarda avtomibllərə rast gəlinir.

Milli.Az