"Real"ın yarımmüdafiəçisi Luka Modriç Joze Mourinyo ilə Kriştianu Ronaldunun münaqişəsi barədə danışıb.
"Qafqazinfo" "Marca"ya istinadən xəbər verir ki, xorvat futbolçu bildirib ki, portuqaliyalılar Madrid klubunda fəaliyyət göstərdikləri zaman onlar arasında ciddi mübahisə yaranıb:
"Mourinyonun reaksiyası məni təəccübləndirirdi. Biz İspaniya kubokunda 2:0 udurduq. Oyun epizodu zamanı Ronaldu ona tapşırılan futbolçuya yaxşı nəzarət edə bilmədi və qol buraxdıq. Joze buna görə Ronalduya çox əsəbiləşmişdi. O dərəcədə ki, biz fasilədə paltardəyişmə otağına gələndə Ronaldu çox məyus idi. Hətta az qala ağlayacaqdı. Ronaldu deyirdi ki, o, yaxşı oynamaq üçün çalışır. Mourinyo isə onu dayanmadan tənqid edirdi. Bu zaman onların arasında gərginlik daha da artdı. Hətta o dərəcədə ki, əlbəyaxa davaya çıxacaqdılar. Amma biz futbolçuların müdaxiləsindən sonra bu, baş vermədi".
Milli.Az