"Arka Sokaklar" bir müddət yayımlanmayacaq

6 İyun 2020 15:37

10 ildən çoxdur ki Kanal D-də yayımlanan "Arka Sokaklar" serialı mövsüm finalına çıxır.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran işi 556-cı seriyadan sonra 3 aylıq yayımlanmayacaq.

Gələn həftənin cümə günü sezon finalına çıxacaq serial sentyabrdan etibarən yayımlanmağa başlayacaq.

Qeyd edək ki, digər seriallar koronavirusa görə çəkilişini dayandırsa da, "Arka Sokaklar" çəkilişlərini dayandırmayıb, əksinə bu virusla bağlı marifləndirici kadrlara yer verib.

İsmayıl
Milli.Az