Yunanıstan çempionatının bərpasının ilk günündə bir oyun təxirə salınıb

6 İyun 2020 13:01

Yunanıstan çempionatında bir oyun təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna koronavirus pandemiyası səbəb olub.

Mövsümün bərpa olunmasının ilk günündə "Ksanti" ilə "Atromitos" qarşılaşmalı idi. Lakin ehtiyat tədbir kimi görüşün baş tutmaması qərara alınıb. Liqa rəhbərliyi Ksanti bölgəsində aparılan koronavirus testinin nəticəsini gözləyəcəklərini vurğulayıb.

Qarşılaşmanın yeni tarixi hələlik bəlli deyil.

Milli.Az