“Messi və Ronaldu kimi ola bilərdim, istəmədim”

6 İyun 2020 18:31

Mən Lionel Messi və Kriştianu Ronaldu kimi futbolçu ola bilərdim. Amma istəmədim. Çünki sadəcə, öz həyatımdan həzz alırdım.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu sözləri Niderland millisinin sabiq oyunçusu Uesli Sneyder deyib.

Karyerasını başa vuran "İnter" və "Qalatasaray"ın 35 yaşlı keçmiş oyunçusu bildirib: "Leo və Kriştiano tamam fərqli futbolçularır. Onlar ən güclü olmaq üçün çox fədakarlıq ediblər. Buna yaxşı yanaşıram. Hesab edirəm ki, mənim də karyeram əla alınıb".

Milli.Az