“Dərmanlar həyatımı məhv etdi” - “Eurovision” qalibi illərdir xəstə imiş...

6 İyun 2020 18:24

Uzun zamandır bir sirr ilə yaşayırdım. 11 ildir yuxu dərmanlarının və antidepressantların aludəçisi olmuşam. Zərərsiz başladı, amma sonda həyatımı məhv etdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision" qalibi Aleksandr Rıbak sosial media hesabında yazıb.

34 yaşlı norveçli musiqiçi həyatının çətin dönəmlərindən və xəstəliyindən bəhs edib:
"Yanvarda reabilitasiyaya başladım və yavaş-yavaş özümə gəlirəm. Ötən illər ərzində dərmanlar məni zəiflətdi və qorxutdu. Bu, təkcə beynimə deyil, əzələlərimə və mədəmə də təsir etdi. İnsanlarla münasibətlərim məhv oldu, amma demək olar ki, yaşamaq istəyimi də bitirdi.

Bilirəm ki, orada eyni problemlərlə mübarizə aparan bir çox insan var, buna görə növbəti həftələrdə təcrübələrimi sizinlə bölüşəcəm və kiminsə yazdıqlarımdan faydalanması məni xoşhal edəcək".

Qeyd edək ki, 1986-cı ildə Minskdə doğulan Aleksandr Rıbak 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində "Fairytale" mahnısı ilə birincilik qazanıb və bütün dünyada məşhurlaşıb.

Milli.Az