Rusların peyki kosmosda yoxa çıxıb

20 Aprel 2010 20:44
O, nəzərdə tutulan zəmanət müddətinin yalnız üçdən biri qədər işləyib.

Rusiya Elmlər Akademiyasının Fiziki İnstitutunun alimləri belə izah edirlər ki, günəş fəallığını öyrənmək üçün nəzərdə tutulan peyklə artıq 5 aydır əlaqə saxlamaq mümkün olmur. Bu da onu deməyə əsas verir ki, peyk " qəti olaraq ölüb". Peyk 2009-cu ilin əvvəlində buraxılıb və üç il işləmək üçün nəzərdə tutulmuşdu.

/AzərTAc/