"Apple" şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haqda "CNN" məlumat yayıb.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğular izlənilir və onların olduğu yer haqqında informasiya barədə hakimiyyətə məlumat veriləcək. Smartfonu oğurlayan şəxsə bu və ya digər qurğunu mağazaya geri qaytarmaq təklif edilir, bundan sonra oğurlanmış "iPhone" işləmir.
ABŞ-ın bir sıra şəhərlərində iğtişaşlar fonunda mağazaların qarət edilməsi davam edir.
Milli.Az