Salyanda 3 otaqlı ev yanıb

5 İyun 2020 23:20

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, qamışdan ibarət tavanı və 2 ədəd pəncərəsi yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az