Bakıda yük maşını yanıb

5 İyun 2020 23:05

Bakı şəhərinin Sabunçu rayonunda "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az