Dünyada ilk dəfə cümə namazı futbol meydançasında qılındı

5 İyun 2020 22:20

Türkiyədə COVID-19 virusu ilə əlaqədar məscidlərdə və qapalı məkanlarda kütləvi ibadətlərin icra olunmasına qadağa qoyulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uzun müddətdir cümə namazı qılmaqdan məhrum olan dindarlar bunun çarəsini ibadəti açıq havada və sosial məsafə saxlayaraq icra etməkdə görüblər.

Adana şəhərində yerləşən futbol meydançasında ibadətə toplaşan dindarlar cümə namazını icra edib, vaizin çıxışını dinləyiblər.

Milli.Az