Kürdə burulğana düşən 3 nəfər xilas edildi, 1-i axtarılır

5 İyun 2020 17:49

Kür çayında 4 nəfər çimərkən batıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Bərdənin Nazırlı kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, Göyüşov Ozan Yusif oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və Mirağazadə Röyal Rafiq oğlu burulğana düşüb. Onlardan üçü: O. Göyüşov, M. Əliyev və Ş. Süleymanov xilas edilib, R. Mirağazadənin axtarışı davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az