Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

5 İyun 2020 16:26

Prezident İlham Əliyev İsveçin Kralı XVI Karl Qustavaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"İsveç Krallığının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost İsveç xalqına daim rifah arzulayıram".

Milli.Az