Üzüm yarpaqlarından çayın 5 FAYDASI

13 Sentyabr 2020 22:04

Üzüm yarpaqlarını dəmləyib içmək olar və lazımdır. Xüsusən Abşeronun ağ şanı növ üzümünün yarpaqları.

Milli.Az medicina.az-a istinadən bildirir ki, üzüm yarpaqları mədə qişasını sakitləşdirir, təmizləyir, bərpa edir, bağırsaqlardan toksinləri atır, baş ağrısında faydalıdır və həm də arıqladır.

4-5 ədəd təzə yarpaqlarını doğrayıb 1 litr suda, orta odda 15 dəqiqə qaynadın.

Sonra soyudub süzün, gün ərzində bunu hər yeməkdən sonra bir kiçik fincan olmaqla için.

Milli.Az