Mario Qomes karyerasını bitirir

5 İyun 2020 18:11

Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Mario Qomes karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Almaniya mətbuatına müsahibəsində mövsümün sonunda yaşıl meydanla vidalaşacağını bildirib.

Qeyd edək ki, Qomes karyerası ərzində "Bavariya", "Beşiktaş", "Fiorentina", "Volfsburq" kimi klublarda çıxış edib.

O, hazırda "Ştutqart"da oynayır. 

Milli.Az