Uhanda sonuncu koronavirus xəstələri sağalıb

5 İyun 2020 18:06

Çinin Uhan şəhərində koronavirusdan müalicə olunan son üç xəstə evə buraxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şəhərdə COVID-19 infeksiyasına yoluxmuş şəxs qalmayıb.

Bundan başqa, Hubey əyalətində də bütün xəstələrin sağaldığı deyilir.

Uhan şəhərində xəstəliyi simptomsuz keçirmiş 28 nəfərə karantindən buraxılıb. 217 nəfər simptomsuz şəxs özünütəcriddə qalır.

Xatırladaq ki, koronavirus pandemiyası ilk dəfə Hubey əyalətinin mərkəzi Uhandan yayılmağa başlayıb.

Bu günədək dünyada 6,7 milyondan çox şəxs virusa yoluxub, 393 449 nəfər ölüb, 3,2 milyondan çox şəxs sağalıb.

Milli.Az