Bu gün növbədənkənar iclasda deputatlar 4 məsələni müzakirə edəcəklər

5 İyun 2020 09:46

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında;

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik ediləməsi barədə qapnun layihəsi;

- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş).

Milli.Az