İngiltərə Premyer Liqasında 5 oyunçu dəyişikliyi təsdiqləndi

5 İyun 2020 10:25

İngiltərə Premyer Liqasında bu mövsümün qalan hissəsində 5 oyunçu dəyişikliyinə icazə verilməsi təsdiqlənib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Bildirilib ki, komandalar qalan matçlarda 5 əvəzetmə edə biləcək və ehtiyat oyunçuların sayı 7-dən 9-a yüksəldiləcək.

Qeyd edək ki, koronavirus səbəbindən təxirə salınan İngiltərə Premyer Liqası iyunun 17-i bərpa olunacaq.

Milli.Az