Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

4 İyun 2020 19:36

Prezident İlham Əliyev Necdet Ünüvarın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar "Dostluq" ordeni ilə təltif edilir.

Milli.Az