"Təcrübə göstərir ki, qısamüddətli qapanma dövrünün də effekti olur"

4 İyun 2020 18:06

Təcrübələr göstərir ki, qısamüddətli qapanma dövrünün də effekti olur, belə qapanmalardan 7-10 gün sonra statistik göstəricilərin necə dəyişdiyini görə bilərik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB sədri həftə sonu tətbiq edilən bu qapanmaların xeyrinin olacağı qənaətindədir.

R.Bayramlı qeyd edib ki, polislər maskalardan istifadə ilə bağlı qaydalara əməl edirlər: "Onlar qaydalara nəzarət üçün ciddi addımlar atacaqlar".

Milli.Az