Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar

4 İyun 2020 17:35

Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, qurumlar məhdud sayda işçilərin işə çıxması üçün icaze.gov.az saytından icazə almalıdır.

İşləməsinə icazə verilən şəxslər xidməti maşınlardan istifadə edilə bilərlər.

Milli.Az