İnternet istifadəçilərinin 1 milyardı BU ölkənin payına düşür

6 İyun 2020 22:50

Çində 900 milyondan çox internet istifadəçisi qeyd edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2020-ci ilin birinci rübün sonunda Çində internet istifadəçilərinin sayı artaraq 903,59 milyona çatıb.

Çin İnternet İnformasiya Mərkəzi (CNNIC) tərəfindən aparılan araşdırmaya əsasən, istifadəçilərin illik artımı 7,38% təşkil edib.

896,9 milyon istifadəçi (ümumi sayın 99,2%-i) internetə giriş üçün mobil qarniturdan istifadə edib. 2019-cu ilin iyulundan 2020-ci ilin martına qədər ortastatistik istifadəçi şəbəkədə həftənin 30.8 saatını sərf edib.

Milli.Az