Rusiya NASA-ya müraciət etdi: Ayı birgə kəşf edək

6 İyun 2020 19:50

Rusiya Kosmik Agentliyi (RosKosmos) NASA-ya əməkdaşlıq təklif edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, əməkdaşlıq Aydan torpaq nümunələri götürməyə əsaslanır. Roskosmos bu torpaq nümunələri əsasında Ayı araşdıracaq.

NASA-nın əməkdaşlığa nə cavab verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, amerikalı alimlər Ayın dünyanın başqa bir planetlə toqquşmasından yaranmasını düşünsələr də, Rusiya araşdırmaçıları bu fikri qəbul etmirlər.

Milli.Az