Kərəmlə Handenin serialının tanıtımı səs-küy yaratdı - VİDEO

4 İyun 2020 12:54

Türkiyəli aktyorlar Kərəm Bürsin və Hande Erçelin baş rolda oynadığı "Sen çal kapımı" adlı serialın ilk tanıtım çarxı yayımlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tizer qısa zamanda sosial mediada gündəm olub. Hər iki sənətçinin fanatları onların bir-birinə çox yaraşdıqlarını və serialın seviləcəyini yazıblar.

Qeyd edək ki, FOX TV-də yayımlanması planlaşdırılan ekran işində Neslihan Yeldan, Bige Önal, Evrim Doğan, İsmail Ege Şaşmaz, Anıl İlter, Melisa Döngel kimi aktyorlar da yer alacaq.

Milli.Az