Avropanın bu ölkəsində də çempionat bərpa olunur

4 İyun 2020 11:49

Koronavirus pandemiyasına görə dayandırılan Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,yarış iyunun 12-də qaldığı yerdən davam etdiriləcək. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropanın digər ölkələrində olduğu kimi, Rumıniyada da martın əvvəlindən çempionat dayandırılıb.

Milli.Az