"Qarabağ"ın sabiq məşqçisi Danimarka klubundan ayrıldı

4 İyun 2020 10:49

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Ruben Selles Danimarkanın "Orhus" klubundan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı ispaniyalı mütəxəssisin müqaviləsinin yenilənməsini istəməyib. O, özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ildən "Orhus"da çalışırdı.

Milli.Az