Maradonadan yeni müqavilə

4 İyun 2020 09:49

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçissi olduğu "Ximnasiya" ilə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci il dekabrın 31-ə kimi uzadılıb.

Qeyd edək ki, D.Maradona ötən ilin sentyabrından "Ximnasiya"nı çalışdırır.

Xatırladaq ki, "Ximnasiya" Argentina Superliqasında 24 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Milli.Az