Sabirabadda yanğın olub

4 İyun 2020 08:13

Sabirabad rayonunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabirabad rayonunun Kovlar kəndində traktorun qoşqusuna yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az