Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb

4 İyun 2020 07:25

Dünyada koronavirus infeksiyasından 600-dən çox tibb bacısı ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Tibb bacşıları Şurası bildirib.

Qeyd olunub ki, ümumilikdə 230 mindən çox tibb işçisi koronavirusa yoluxub.

Bu günədək dünyada koronavirusa yoluxanların təxminən 7 faizi tibb işçiləridir.

Qeyd edək ki, dünyada 6,4 milyondan çox şəxs koronavirusa yoluxub, 43 minə yaxın xəstə vəfat edib.

Milli.Az