Bakıda avtobus partladı - VİDEO - FOTO

3 İyun 2020 23:59

23:59

Bakıxanov qəsəbəsində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə avtobusda qeydə alınıb. Şahidlərin sözlərinə görə, yanğın avtobusun mühərrik hissəsində başlayıb.

Bir qədər sonra isə anidən partlayış baş verib və alov bütün nəqliyyat vasitəsini bürüyüb.

Hadisə yerinə FHN yanğından mühafizə xidməti cəlb olunub.

---------

23:42

Bakıda avtobus partladı.

Milli.Az bildirir ki, hadisə yerindən videonu Day.Az-a şahidlər göndərdilər.

Onların sözlərinə görə, hadisə aeroport trasında, Suraxanı kəndinə girişdə baş verib.

Hadisənin təfərrüatları açıqlanmayıb, xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur. Hadisə yerinə FHN işçiləri gəlib. Hal-hazırda yanan avtobus söndürülür.

Milli.Az