"Renault" Fransadan 5 milyard avro kredit alacaq

3 İyun 2020 21:59

Fransanın "Renault" avtomobil şirkəti dövlətdən 5 milyard avro məbləğində kreditin alınması ilə bağlı razılıq əldə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kreditin verilməsində Fransanın ən iri bankları - "BNP Paribas", "Credit Agricole", "Societe Generale", eləcə də HSBC və Natixis banklarının Fransa şöbələri iştirak edəcək.

"Renault" bildirib ki, bu kredit şirkətin likvidlik ehtiyacını təmin edəcək.

Milli.Az