Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırılacaq, mağazalar bağlanacaq - Operativ Qərargah

3 İyun 2020 19:16

İstirahət günləri karantin rejimi sərtləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O, həftə sonları tam məhdudlaşdırılmaya keçiriləcəyini bildirib:

"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Belə bir fikir var ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 5-ə qədər, müxtəlif saatlar ola bilər, səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, ictima nəqliyyatın, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın, iş rejimləri məhdudlaşdırılsın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın". 

Təhməz Təkin
Milli.Az