Qarabağda erməni əsgərlərini daşıyan avtomobil aşdı: ölən və yaralananlar var

3 İyun 2020 18:30

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sarkis Qulyan işğal altında olan Dağlıq Qarabağ ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün 13:50-də baş verib. Hərbçiləri daşıyan "Ural" markalı avtomobilin aşması nəticəsində 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, daha dörd əsgər yaralanıb. 

Yaralılar Xankəndidəki hospitaldadırlar. 

Milli.Az