Ukrayna daxili aviareysləri bərpa edir

3 İyun 2020 20:16

Ukraynada iyunun 5-dən etibarən daxili uçuşlar, 15-dən isə beynəlxalq aviareyslər bərpa edilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin bugünkü iclasında deyib.

O qeyd edib ki, Ukrayna istiqamətində uçuşları bərpa edən ölkələr üçün beynəlxalq hava nəqliyyatı bərpa ediləcək.

Milli.Az