“Adamın belə xalası qızı ola...” - Zaur Pərvin Abıyevaya

3 İyun 2020 19:10

"Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində maraqlı anlar yaşanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa Pərvin Abıyeva idman hərəkətləri edərkən Zaur Kamalın "qamətini düz tut" deməsi Abıyevanı hazırcavablığını nümayiş etdirməsinə səbəb olub:

"Sənin mənim qamətimə şübhən olmasın. Sənin acığına 15 dəfə edəcəyəm".

Z.Kamal isə aktrisanın cavabını bu sözlərlə qarşılayıb: "Adamın belə xalası qızı ola...".

Verilişin digər qonağı Sevda Yəhyayeva isə qantellərlə məşq etmək istəməsə də, teleaparıcının israrı nəticə verib.

Milli.Az