Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi

3 İyun 2020 18:15

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 536 nəfər virusa yoluxub, 178 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 432 277 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 215 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 195 957 nəfər virusdan sağalıb, 231 105 nəfərin müalicəsi isə davam edir.

Milli.Az