Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb

3 İyun 2020 14:47

Azəri-Çıraq-Günəşli (AÇG) yatağından bu il (01.01.2020 - 01.06.2020 tarixinə) 2 106 mln. dollar gəlir əldə edilib.

Dövlət Neft Fondundan Milli.Az-a verilən məlumata görə, eyni dövrdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 120 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər də açıqlanıb. Yanvar-may aylarında bu yataq üzrə qaz satışından 66 mln. dollar gəlir əldə edilib.

Milli.Az