Tanınmış aktrisanın lüks evindən FOTOLAR

3 İyun 2020 22:30

Basketbolçu Caner Erdenizlə evli olan aktrisa Müge Boz evinin qapılarını "Instyle Home" jurnalına açıb.

Milli.Az xəbər verir ki, 150 kvadratmetrlik ev böyük salon və iki otaqdan ibarətdir. Evin dekorasiyasında yaşıl rəngdən, bitkilərdən, ağacdan istifadə edilərək Skandinaviya üslubu yaradılıb.

Müge Boz bildirib ki, bu yalnız bir ev deyil, həm də ofis və atelyedir. "Yutub videoları mətbəxdə və salonda aparılır. İşimlə evimin birləşməsi yaradıcılığımı artırır", - deyə aktrisa qeyd edib. (publika.az)

Milli.Az