Lənkəran sakini traktorun altında qalaraq ölüb

3 İyun 2020 14:24

Lənkəranda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Kamil oğlu Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Mansur oğlu Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altına düşüb. Nəticədə F.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az