"Qadın inancını itirsə, ipin ucun buraxar" - Günay

3 İyun 2020 14:49

"Bir qadın sənin üçün əmək sərf edirsə, onu buraxma... Bərk qucaqla".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi qadın-kişi münasibətlərindən bəhs edərək bunları əlavə edib:

"Çünki qadın inancını itirsə, ipin ucun buraxar. Sonra bax belə bir gözəlliyə uzaqdan baxarsan, qəlbindən qara qanlar axar.

Bəzi şeylər səbəbsiz də gözəldir... Səbəbin axtarsanız, taparsanız, amma gözəlliyini itirərsiniz. Sadəcə, gözəl düşünün".

Milli.Az