Azərbaycanlı məşhur ABŞ-da komendant saatının elan edildiyi şəhərdə qalır - FOTO

3 İyun 2020 11:44

Bir neçə ildir ABŞ-a köçən keçmiş "Dəyirman" qrupunun üzvü, reper Elmir Məhərrəmov okeanın o tayında baş verən iğtişaşlarla bağlı ondan və ailə üzvlərindən narahat olanları məlumatlandırıb.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun Bruklin ərazisində ailəsi ilə yaşayan Elmir "Çox adam narahatdır yazır, zəng edir. Bizdə hər şey yaxşıdır, halbuki mərkəzdə bəzi yerlərdə kütləvi ixtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq 1 həftəlik komendant saatı elan olunub" açıqlamasını edib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun ölümündən sonra son günlər keçirilən etiraz aksiyaları zamanı azı 11 nəfər həlak olub. Etiraz aksiyaları zamanı ölümlər Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaha (Nebraska ştatı), Devenport (Ayova ştatı), Oklend (Kaliforniya ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qeydə alınıb. Ölənlərin əksəriyyəri afroamerikalılardır. Etiraz aksiyaları zamanı yüzlərlə insan xəsarət alıb. Xəsarət alanların dəqiq sayı bildirilmir. Son bir neçə gün ərzində ABŞ-da etiraz aksiyaları zamanı təxminən 4,4 min nəfərin həbs edildiyi bildirilir. Dünəndən etibarən isə Amerikanın paytaxtı Vaşinqtonda və Nyu-Yorkda etirazların güclənməsi səbəbiylə küçəyə çıxmaq qadağan elan edilib.

Xatırladaq ki, müğənni 2018-ci ildə "Greencard" qazanaraq Amerikaya köçüb. Onun iki övladı var.

Məhəmməd Vaqif
Milli.Az